Foto Video Texnika
Haqqımızda
Bizim fəaliyyətimiz 2019-cu ildə foto və video texnikasına olan peşəkar yanaşma ilə başladı. İlk gündən məqsədimiz sadəcə məhsul satmaq yox, hər müştərinin iş tərzinə və yaradıcı ehtiyacına uyğun doğru avadanlığı seçməsinə kömək etmək idi. Bu yanaşma bizi qısa zamanda güvənilən bir ünvana çevirdi.
2021-ci ildə ilk fiziki mağazamızın açılması bizim üçün yeni bir mərhələ oldu. Mağaza ilə birlikdə xidmət keyfiyyətini daha da yüksəltdik: məhsulları yerində test etmək, canlı müqayisə etmək və satışdan sonra da texniki dəstək almaq mümkün oldu. Beləliklə, Foto Video Texnika yalnız alış nöqtəsi deyil, yaradıcıların görüş məkanına çevrildi.
2025-ci ildə ikinci filialımızın açılması ilə xidmət dairəmizi genişləndirdik və daha çox fotoqraf, videomaker və kontent yaradıcısına yaxın olduq. Bu gün də vizyonumuz dəyişməyib: müasir texnologiyanı peşəkar məsləhət ilə birləşdirib, hər kəs üçün daha güclü və daha rahat bir yaradıcı təcrübə təqdim etmək.
